- 00:20
Rusiyanın Kabardin-Balkar bölgəsindəki Elbrus dağında itkin düşən bir qrup alpinistin axtarış-xilasetmə işləri davam edir.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.
Qeyd olunub ki, Elbrus dağına qalxan bir qrup alpinist 5350 metr yüksəklikdə kömək istəyib. Dərhal alpinistlərin axtarış-xilasetmə işlərinə başlanılıb. İlkin məlumata görə, qrupdakı iki alpinist xəstələnib.
Bildirilib ki, alpinistlər qalxma ilə bağlı Nazirliyə məlumat verməyiblər və onların sayının nə qədər olduğu məlum deyil.
Axtarışları davam edən qrupun xarici vətəndaşlardan ibarət olduğunu bildirilib.
Şəbnəm Mehdizadə