Mikroavtobusla avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb


  • 23 Aprel 15:20

Türkiyənin Sivas şəhərində müəllimləri və tibb işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Sivasın Çeltek kəndi yaxınlığında qeydə alınıb.

Qəza yerinə tibb, xilasetmə və jandarma qrupları, həmçinin təcili yardım helikopteri cəlb edilib.

Qəza nəticəsində xəsarət alana yaralılar sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

Vali Yılmaz Şimşek xəstəxanada yaralıları ziyarət edib, ölənlərin yaxınlarına başsağlığı verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər