Sərnişin avtobusu ilə yük maşını toqquşub: ölənlər və yaralılar var


  • 23 Aprel 14:48

Türkiyənin Hakkari-Van avtomobil yolunda ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van-Hakkari avtomobil yolunun Güzeldere tuneli yaxınlığında sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan xəsarət alıb.

Qəza yerinə təcili yardım, jandarma, polis, və xilasetmə qrupları göndərilib.

Yaralılar təcili yardımla xəstəxanalara aparılıb.

Daxili işlər naziri Ali Yerlikaya qəza ilə bağlı həyatını itirən vətəndaşların yaxınlarına başsağlığı verib.

Ədliyyə naziri Yəlmaz Tunç hadisə bağlı araşdırma aparıldığını deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər