İstanbulda fabrikdə güclü yanğın olub


  • 23 Aprel 14:36

Türkiyənin İstanbul şəhərində fabrikdə yanğın olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Pendik səmtində yerləşən fabrikinin anbarında naməlum səbəbdən yanğın baş verib.

Alov sürətlə böyüyərək bitişik iki binaya və yaxınlıqdakı digər sexə keçib.

Əraziyə polis, xilasetmə, təcili yardım qrupları göndərilib.

Yanğın yanğınsöndürənlərin köməyi ilə təxminən 1 saat ərzində söndürülüb.

Ərazidə soyutma işləri aparılıb.

Hadisə nəticəsində fabrikə külli miqdarda ziyan dəyib. Alovun yayıldığı binaların dam örtüyü və fasadlarına da ziyan dəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər