ABŞ dövlət katibi Londonda Ukrayna üzrə danışıqlara qatılacaq


  • 22 Aprel 21:59

ABŞ-nin Dövlət katibi Marko Rubio çərşənbə günü Londonda Ukrayna münaqişəsinin həllinə dair danışıqlarda iştirak edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat verib.

Bildirilib ki, Rubioya ABŞ prezidentinin xüsusi nüamyəndəsi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Kit Kelloq da qoşulacaq.

Temmi Bryus "Fox Business" telekanalına müsahibəsində Dövlət katibi ilə birlikdə danışıqları davam etdirmək üçün Londona gedəcəyini deyib.

O, Rusiyanın Ukrayna ilə dialoqa hazır olduğunu bəyan etməsini çox müsbət siqnal kimi qiymətləndirib.

Oxşar xəbərlər