Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralanlar var


  • 17:40

Türkiyənin Yalova şəhərində sərnişin avtobusu aşıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yalova-Bursa yolunda sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə zamanı avtobusda 13 sərnişin olub.

İlkin məlumata görə, qəza nəticəsində bir sərnişin hadisə yerində ölüb. Yaralı sürücü və köməkçisi hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Yalova Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər