Burkina Fasoda dövlət çevrilişi cəhdinin qarşısı alınıb


  • 17:37

Burkina Fasoda ölkədə sabitliyi pozmağa yönəlmiş çevriliş cəhdinin qarşısının alındığı açıqlanıb.

E-huquq.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik naziri Mahamadou Sana dövlət televiziyasında aprelin 16-da prezident sarayına planlaşdırılan hücumun qarşısının alındığını söyləyib.

Sana, Fil Dişi Sahilində hücuma hazırlıq görüldüyünü və hadisədə iştirak edən bəzi zabitlərin Abidcana qaçdığını bildirib.

Nazir hadisə ilə bağlı bəzi şəxslərin həbs edildiyini, lakin cəhdi planlaşdıranların Fil Dişi Sahilində olduğunu vurğulayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər