- 17:40
Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində, İndoneziyanın Şimali Sulavesi əyalətindəki Talaud adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətindən (USGS) bildirilib.
Zəlzələnin episentri Mindanaonun cənubundakı Pondaguitan sahillərindən 269 kilometr aralıda, Talaud adaları yaxınlığında yerləşib.
Təxminən 117 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Qeyd edək ki, cünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin Sakit Okeanın Zəlzələ Kəmərində yerləşir və “Alov halqası” kimi də tanınır.
Şəbnəm Mehdizadə