- 17:40
İsrail ordusunun Qəzzaya hücumu nəticəsində həyatını itirənlərin sayı 51 min 266 nəfərə yüksəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 26 nəfər ölüb, 60 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1890 fələstinlinin həyatını itirdiyi, 4950 nəfərin isə yaralandığı qeyd olunub.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralı sayı 116 min 991 nəfərə yüksəldiyi bildirilib.
Şəbnəm Mehdizadə