- 17:40
Acı rəf göbələyindən çıxarılan kimyəvi maddə indiyə qədər kəşf edilən ən acı maddədir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Leybniz Qida Sistemləri Biologiyası İnstitutunda çalışan alimlər acı dadın sirlərinə işıq sala biləcək mühüm kəşf ediblər.
Tədqiqatçılar Amaropostia stiptica rəf göbələyindən üç kimyəvi birləşmə çıxarıblar. Bu maddələrin insan dilindəki acı dad reseptorlarına təsiri öyrənilib.
Araşdırmalara görə, bu birləşmələr zəhərli deyil, lakin onların dadı son dərəcə acıdır.
Alimlər bildirirlər ki, bu cür təbii acı birləşmələr təkcə ağızda deyil, həm də mədə, bağırsaq, ürək və ağciyərlərdə olan acı reseptorlara təsir edə bilir. Lakin bu sensorların bədənin digər hissələrindəki rolu hələ də məlum deyil. Tədqiqatın həmmüəllifi Dr.Maik Behrens deyir ki, bu cür araşdırmalar sayəsində acı dad reseptorlarının necə işlədiyi və onların nə üçün təkamül etdikləri barədə daha aydın məlumat əldə etmək olar.
Şəbnəm Mehdizadə