- 17:40
NASAnın Lucy kosmik gəmisi ilə müşahidə etdiyi Donald Johanson asteroidinin yaxından çəkilmiş şəkillərini paylaşıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 960 kilometr məsafədən çəkilən görüntülər meteoritin qeyri-adi iki loblu quruluşunu üzə çıxarıb. Donald Johansonun "təmas binar" kimi tanınan mürəkkəb quruluşa sahib olduğu aşkar edilib.
Cənub-Qərb Tədqiqat İnstitutunun planetoloqu və Lüsi missiyasının baş tədqiqatçısı Hal Levison bildirib ki, Donald Yohanson asteroidi son dərəcə mürəkkəb geologiyaya malikdir.
Onun sözlərinə görə, asteroidin strukturları təfərrüatlı şəkildə tədqiq edildikcə, Günəş Sistemində planetlərin əmələ gəlməsi ilə bağlı dəyərli məlumatlar əldə ediləcək.
Ölçmələr nəticəsində Donald Yohansonun əvvəlki təxminlərdən daha böyük olduğu anlaşılıb. Asteroidin təxminən 8 kilometr uzunluğunda və ən geniş nöqtəsində 3,5 kilometr enində olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə