- 17:40
ABŞ-də nazirin pul kisəsi oğurlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin daxili təhlükəsizlik naziri Kristi Noemin Vaşinqtonda restoranda nahar edərkən pul kisəsi oğurlanıb.
Nazir restoranda olarkən maskalı naməlum şəxs onun pul kisəsini oğurlayıb.
Restoranın təhlükəsizlik kamerasına düşən görüntülərdə şübhəlinin çantanı götürərək məkandan uzaqlaşdığı əks olunub. Çantada sürücülük vəsiqəsi, dərmanlar, ev açarları, pasport, və təxminən 3000 dollar pul olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmaya başlayıb.
Şəbnəm Mehdizadə