- 17:40
"Efiopiyada 10 milyondan çox insanın qida çatışmazlığından əziyyət çəkir".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Efiopiya üzrə direktoru Zlatan Milişiç məlumat verib.
O bildirib ki, qarşıdurma və ekstremal hava şəraiti səbəbiylə 3 milyon insan evlərini tərk etməli olub.
Milisiç qeyd edib ki, 4,4 milyon hamilə qadın və uşağın təcili müalicəyə ehtiyacı var.
O, qonşu ölkələrdəki qeyri-sabitliyin Efiopiyada humanitar ehtiyacları artırdığını xatırladaraq, Ümumdünya Ərzaq Proqramının ölkədəki 800 min qaçqına, o cümlədən 100 min sudanlı qaçqına dəstək verdiyini vurğulayıb.
"Resurslarımızı bacardığımız qədər artırdıq. 2025-ci ilin birinci rübündə 3 milyondan çox insana qida və qida dəstəyi verdik" - deyə direktor əlavə edib.
Milişiç, Efiopiyada ÜƏP-nin sentyabr ayına qədər 222 milyon dollara ehtiyacı olduğunu vurğulayıb və donorları dəstəyini artırmağa çağırıb.
Şəbnəm Mehdizadə