- 17:40
Cənubi Koreyalı alimləri görmə itkisinə səbəb olan tor qişanın zədələnməsini aradan qaldıra bilən dərman hazırlayıblar. Nəticələr görmə qabiliyyətini daimi bərpa edən ilk müalicə kimi qeydə alınıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dərman Cənubi Koreyanın KAIST Universitetinin alimləri tərəfindən hazırlanıb.
Araşdırmalara görə, PROX1 zülalı tor qişanın bərpasına maneə törədən əsas amillərdən biridir. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal zədələnmiş retinal nahiyədə toplanır və bərpasını dayandırır.
Alimlər bu zülalın balıqda görünmədiyini və buna görə də balıqların göz qişasının bərpasında daha müvəffəqiyyətli olduğunu bildiriblər.
Bu tapıntılara əsaslanaraq, araşdırma qrupu PROX1-i zərərsizləşdirən xüsusi antikor hazırlayıb. Celliaz biotexnoloji şirkəti ilə birlikdə hazırlanmış bu antikor siçanlarda retinal hüceyrələrin bərpasını və görmə qabiliyyətini bərpa etməyə imkan verdi. Müalicə olunan siçanlarda görmə 6 ay ərzində qorunub saxlanılıb.
Tədqiqat qrupu indi bu müalicəni insanlara tətbiq etməyə hazırlaşır.
Humay Eminqızı