- 17:40
Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatı qarşı keçirilən əməliyyatda 13 şübhəli saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğu tərəfindən təşkilat üzvləri ilə əlaqəsi olan şəxslərin fəaliyyətlərinin aşkar edilərək ifşa edilməsi istiqamətində davam edən işlər çərçivəsində 12-si Suriyalı olmaqla 15 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Həyata keçirilən əməliyyatda 13 şübhəli tutulub.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, şübhəlilərin evlərində aparılan axtarış zamanı 1 milyon 361 min lirə, bəzi qızıl və rəqəmsal materiallar ələ keçirilib.
Humay Eminqızı