Arktika buz təbəqəsi son 40 ilin ən aşağı səviyyəsinə çatıb


  • 10:31

2025-ci ildə Şimal Buzlu Okeanında buz təbəqəsi örtüyünün son 40 ilin ən aşağı səviyyəsinə çatacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Kosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

Belə ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi və Yaponiya Milli Qütb Tədqiqat İnstitutunun birgə apardığı araşdırmada, Arktikadakı buz örtüyü 'Shizuku' adlı peyk vasitəsilə müntəzəm olaraq müşahidə edilib.

Əldə edilən məlumatlara görə, buz örtüyü bu il martın 20-də maksimum 13,79 milyon kvadrat kilometrə çatıb.

Bu rəqəm 1979-cu ildən bəri ən aşağı maksimum sahə olaraq qeyd edilib.

Alimlər 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər hər ay üçün orta buz sahəsinin də indiyə qədər müşahidə edilən ən kiçik səviyyələrdə olduğunu vurğulayıb.

Təhlil qrupları Arktikanın buz örtüyünün son 40 ildə ən aşağı səviyyədə olduğunu bildirib.

JAXA prezidenti Yamakava Hiroşi bu vəziyyətin əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər