- 17:40
Türkiyənin Adana şəhərində yaşayış binasında güclü yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Mərkəz Çukurova mahalında yerləşən 9 mərtəbəli binanın 4-cü mərtəbəsində naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib.
Bina sakinləri dərhal təxliyə edilib.
Yanğın digər mərtəbələrə keçmədən söndürülüb.
Mənzillərin birində bir sakinin cəsədi aşkarlanıb.
Yanğınla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə