- 17:40
Türkiyənin Van şəhərində 4 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az Türkiə KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Vanın Başkale rayonunda yerli vaxtla saat 03.39-da, yerin 6,95 kilometr dərinliyində qeydə alınıb.
Təbii fəlakət zamanı dağıntı və tələfat qeydə alınmayıb.
Şəbnəm Mehdizadə