İran, onun maraqları nəzərə alındığı halda, ABŞ ilə razılaşmaya hazırdır - Pezeşkian


  • 00:31

İran, onun milli maraqları nəzərə alındığı halda, nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşmaya hazırdır.

E-huquq.az-ın məlumatına görə, bu barədə İran Prezidenti Mahmud Pezeşkian ölkənin regionlarının qubernatorları ilə görüşündə deyib.

"ABŞ ilə danışıqlara gəlincə, müəyyən çərçivələr daxilində və milli maraqlara əməl olunması şərti ilə, biz razılaşmaya hazırıq", - deyə M.Pezeşkian bildirib.

İran prezidenti əlavə edib ki, Vaşinqton bərabər şərtlərlə razılaşmadan imtina edərsə, Tehran öz yolu ilə gedəcək.

Oxşar xəbərlər