Papanın ölüm səbəbi açıqlandı


  • 21 Aprel 23:10

“Papa Fransisk komaya və ürək dayanmasına səbəb olan insultdan ölüb”.

E-huquq.az xəbər verir ki, bu barədə Vatikanın Sağlamlıq və Gigiyena İdarəsinin direktoru, professor Andrea Arkangelinin hesabatına bildirilib .

Hesabatda deyilir: “Tibbi sənəd göstərir ki, Papa əvvəllər ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet fonunda kəskin tənəffüs çatışmazlığı keçirib”.

Roma Papasının bu həftə dəfn olunacağı da bəlli olub.

Ponfitikin cümə-bazar günləri ərzində torpağa tapşırılması nəzərdə tutulur.

Vatikan təmsilçisinin bildirdiyinə görə, qaydalara əsasən, məhrum ölümünün dörd-altıncı günü dəfn olunmalıdır. Dəqiq tarixi kardinallar təyin edəcək. Onlar müvafiq prosedurları müzakirə etmək üçün sabah, aprelin 22-də toplaşacaqlar.

Bundan başqa, Fransiskin Santa-Mariya-Macore kilsəsində dəfn olunmasını vəsiyyət etdiyi məlum olub. Məhrumla vidalaşma isə Müqəddəs Pyotr kilsəsində baş tutacaq.

Qeyd edək ki, Papa bu gün 88 yaşında dünyasını dəyişib.

Oxşar xəbərlər