- 00:31
Ukrayna, Böyük Britaniya, Fransa və ABŞ nümayəndələri Rusiya ilə müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün aprelin 23-də Londonda görüşəcəklər.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin "X" hesabındakı paylaşımda deyilir.
Prezidentin sözlərinə görə, o, Britaniyanın Baş naziri Kir Starmerlə əhatəli və konstruktiv danışıqlar aparıb.