- 21:23
Türkiyədə tanınmış cərrah vəkillik fəaliyyətinə başlayıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Kayseri Dövlət Xəstəxanasında çalışan və həkim kimi fəaliyyətinin 34-cü ilini tamamlayan cərrah Ömər Fazıl Bilgin 2012-ci ildə Kırıkkale Universiteti Hüquq fakültəsinə daxil olub.
İki uşaq atası olan Bilgin 4 illik təhsilini tamamlayaraq 2016-cı ildə məzun olub. O, məzun olduqdan 8 il sonra lisenziyasını alaraq vəkil kimi fəaliyyətə başlayıb.
Şəbnəm Mehdizadə