- 21:23
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi növbəti əməliyyat nəticəsində terrorçulara məxsus mağara məhv edilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Qəhrəman əsgərlərimiz "Pəncə-Kilid" əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkarlayıb. Mağarada olan silah, sursat və digər ləvazimatlar ələ keçirilib" - deyə nazirliyin məlumatında bildirilir.
Şəbnəm Mehdizadə