- 17:16
Keniyanın paytaxtı Nayrobi yaxınlığında şir hücumuna məruz qalan 14 yaşlı qız ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) verdiyi açıqlamaya görə, hadisə Nayrobi Milli Parkının yaxınlığındakı fermada baş verib.
Belə ki, şir qızı yaşadığı ərazidən qaçırıb.
Başqa bir azyaşlı uşaq bunu görüb və aidiyyəti qurumlara xəbər verib.
KWS qrupları dərhal hərəkətə keçib.
Lakin Mbagathi çayının sahilində qızın cansız bədəni aşkarlanıb.
Qurum oxşar hadisələrin baş verməməsi üçün əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
Şəbnəm Mehdizadə