- 17:16
Türkiyənin İstanbul şəhərində ölkəyə qaçaqmalçılıq yolu ilə mal gətirən 2 əcnəbi vətəndaş saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul hava limanında qaçaqmalçılıq yolu ilə xəz, əl çantaları, mobil telefonlar, elektron siqaretləri ölkəyə keçirməyə cəhd edən iki əcnəbi sərnişin saxlanılıb.
Təhlükəsizlik qüvvələrinin terminal daxilində 2 Rusiya və Belarus vətəndaşlarının baqajında axtarış aparıb.
Axtarışlar zamanı oradan 10 ədəd müxtəlif markalı mobil telefonlar, 7 ədəd fotoaparat və videokamera, 12 kiloqram tütün məmulatı, 200 qutu siqaret, 60 ədəd elektron siqaret, 21 cüt ayaqqabı, 16 çanta və əd 12 kürk və digər ələ keçirilib.
Komandalar həmin şəxsləri saxlayıb.
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən əşyalar müsadirə edilib.
Şəbnəm Mehdizadə