- 17:16
Türkiyənin Çanaqqala şəhərində 29 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizəsi tərəfindən Çanaqqalanın Ayvacık sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrantın olduğu aşkarlanıb.
Hərəkətdə olan rezin qayıq təyin olunmuş Sahil Mühafizəsi “KB-20” gəmisi tərəfindən dayandırılıb və 28-i əfqan, 1-i İran vətəndaşı olmaqla ümumilikdə 29 qeyri-qanuni miqrant saxlanılıb.
Miqrantlar aidiyyəti qurumlara təhvil verilib.
Şəbnəm Mehdizadə