Vəkil və prokuror adı ilə 10 milyonluq dələduzluq etdilər


  • 14:55

Türkiyənin Nevşehir şəhərində özlərini prokuror və vəkil kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən 15 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özlərini prokuror və vəkil kimi təqdim edən şəxslər zərərçəkmişlərə hüquqi yardım göstərəcəyini söyləyib.

Bunun qarşılığında isə onlardan 540 min lirə alıblar.

Nevşehir Prokurorluğunun apardığı istintaq 19 nəfər barəsində həbs qərarı çıxarılıb.

Keçirilən əməliyyat zamanı 15 şübhəli yaxalanıb.

Şübhəlilərin 12 vilayətdə 56 vətəndaşı aldadaraq onlardan ümumilikdə 10 milyon lirə məbləğində pul əldə etdiyi müəyyən edilib.

Qaçan 4 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər