ABŞ-də bəzi evsizlər həbs edilə bilər


  • 11:44

ABŞ-nin Kaliforniya ştatında müvəqqəti yaşayış və sığınacaqların maliyyələşdirilməsi planlaşdırılır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ştatın San Xose şəhəridə hazırda 1000 nəfərə qədər adam yerləşdirə bilən kiçik evlər, motellər və dayanacaqlarda müvəqqəti yaşayış yerləri fəaliyyət göstərir.

Sığınacaq təklifini rədd edən evsizlərə ilkin olaraq xəbərdarlıq ediləcək və ya cərimə tətbiq olunacaq. Sığınacaq təklifindən üç dəfə imtina edənlər isə həbs oluna bilər.

Qeyd edək ki, San Xosedə evsizlərin sayı təxminən 5477 nəfərdir. Onlardan 541 nəfərinin mənzil yardımından imtina etdiyi bildirilib.

Vaxt məhdudiyyəti olmayan bu yaşayış yerlərində bir neçə ay və ya illərlə qalmaq olar.

Humay Eminqızı

Oxşar xəbərlər