- 20 Aprel 23:55
ABŞ Dövlət Departamenti Pasxa atəşkəsinin müddətini uzatmağa çağırıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“ABŞ Dövlət Departamenti bazar günü bəyan edib ki, Vaşinqton Rusiya prezidenti Vladimir Putinin elan etdiyi bir günlük Pasxa atəşkəsinin uzadılmasını alqışlayacaq”, - nəşr yazır.
Xatırladaq ki, Putin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə atəşkəs elan edib. Atəşkəs 19 aprel saat 18:00-dan (Bakı vaxtı ilə 19:00) 21 aprel saat 00:00-dək - cəmi 30 saat keçərlidir.