- 19 Aprel 21:30
Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.
“Az öncə baş komandan Oleksandr Sırski məruzə edirdi. Qüvvələrimiz bu gün Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”, – Prezident vurğulayıb.
Eyni zamanda, o, ukraynalı hərbçilərin Belqorod istiqamətindəki uğurlarını da qeyd edib.
“Belqorod vilayəti ərazisində hərbçilərimiz irəliləyib və nəzarət zonamızı böyüdüb”, – ölkə başçısı söyləyib.
Xatırladaq ki, ötən ay Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin kəndini zəbt etmişdi.