Rusiya əsirliyindən 277 ukraynalı hərbçi azad olundu


  • 19 Aprel 20:01

“Bu gün 277 hərbçimiz Rusiya əsirliyindən Ukraynaya qayıdıb”.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, əsirlərin arasında Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Milli Qvardiyasının, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin və sərhədçilərin hərbçiləri var.

Zelenski bildirib: “Müharibə başlayandan indiyədək 4552 nəfər - əsgərlər və mülki şəxslər Rusiya əsirliyindən vətənə gətirilib”.

Oxşar xəbərlər