Zelenski Putinin atəşkəs təklifini şərh etdi: Ukraynaya hava hücumu var


  • 19:31

Hazırda Ukrayna ərazisində hava hücumu xəbərdarlığı verilir.

E-huquq.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında Rusiya lideri Vladimir Putinin Pasxa atəşkəsi elan etmək qərarını şərh edərkən bildirib.

O yazıb: “Putinin insanların həyatı ilə oynamaq cəhdi ilə bağlı deyim ki, hazırda Ukraynada hava hücumu həyəcanı var”.

Aprelin 19-da V.Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə Pasxa atəşkəsi elan edib . Dövlət başçısının təklifinə əsasən, Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracaq.

Xatırladaq ki, Rusiya və Ukrayna arasındakı müharibə 2014-cü ilin fevralın 24-dən davam edir.

2023-cü ilin yanvar ayında Rusiya hakimiyyəti “Milad atəşkəsi” elan etmişdi, lakin döyüşlər dayanmamışdı.

Oxşar xəbərlər