- 21:30
"Pasxa atəşkəsi" elan edən Rusiya Prezidenti Vladimir Putin Kiyevdən də eyni nümunəni göstərmələrini istəyib.
E-huquq.az xəbər verir ki, dövlət başçısı aprelin 19-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla görüşdə Ukrayna ilə "Pasxa atəşi" elan edib.
V.Putin deyib ki, bu qərarı humanitar mülahizələrə əsaslanaraq qəbul edib.
Atəşkəs aprelin 19-u saat 18:00-da başlayacaq və bazar ertəsi gecə saat 12-yə qədər qüvvədə olacaq.
Eyni zamanda, Prezident Rusiya hərbçilərini Pasxa atəşkəsinin qarşı tərəfin pozacağı halda "düşmənin təxribatlarını dəf etməyə hazır olmağa" çağırıb.