Cənubi Koreyada meşə yanğınları nəticəsində ölənlərin sayı açıqlanıb


  • 18 Aprel 17:51

Cənubi Koreyada ötən ay baş vermiş meşə yanğınları nəticəsində ölənlərin sayı məlum olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Meşə Xidməti (KFS) tərəfindən edilən açıqlamada yanğınlarda ümumilikdə 104 min hektar ərazinin yandığı və ən azı 31 nəfərin həyatını itirdiyi bildirilib.

Meşə yanğınlarının vurduğu ziyanın gözləniləndən çox olduğu bəlli olub.

Yanğınlar nəticəsində zərər çəkmiş ərazinin əvvəllər təxmin edilən 45,157 hektardan təxminən 2,2 dəfə çox olduğunu bildirib.

Cənubi Gyeongsang əyalətində 3 min 397 hektar, Şimali Gyeongsang əyalətində 90 min 289 hektar və Ulsan metropolunda 1190 hektar olmaqla ümumilikdə 104 min hektar ərazinin yandığı açıqlanıb.

Yanğınlardan ən çox zərər çəkən ərazinin 28 853 hektarla Şimali Gyeongsang əyalətindəki Uiseong olduğu bildirilib, Andong şəhərində 26 709 hektar, Cheongsongda 20 655 hektar və Yeonqdeokda 16 208 hektar ərazinin yandığı qeyd olunub.

Qeyd edək ki, Cənubi Koreyanın Cənubi Gyeongsang əyalətində martın 21-də başlayan meşə yanğınları qısa müddətdə Şimali Gyeongsang əyalətinə yayılıb, alov quru hava və küləyin təsiri ilə sürətlə geniş əraziyə yayılıb.

Yanğınlar ən azı 31 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər