- 10:00
Türkiyənin İstanbul şəhərində tikinti işləri zamanı torpaq sürüşməsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ataşehir rayonu Ferhatpaşa məhəlləsində baş hadisə zamanı 3 fəhlə torpaq altında qalıb.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis əməkdaşları göndərilib.
Dağıntılar altından çıxarılan 3 nəfər xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə