Yaponiya "fövqəladə hallarda" vəhşi heyvanların vurulmasına icazə verən qanun layihəsini qəbul edib


  • 18 Aprel 17:19

Yaponiya "fövqəladə hallarda" vəhşi heyvanların vurulmasına icazə verən qanun layihəsini qəbul edib

E-huquq.az xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.

Məlumata görə, ayı və qaban kimi vəhşi heyvanların "fövqəladə hallarda" vurulmasına icazə verən qanun layihəsi Yaponiya parlamentindən keçib.

Qanun qonur ayıları, Asiya qara ayılarını və çöl donuzlarını təhlükəli heyvanlar kimi müəyyən edir, həmçinin odlu silahdan istifadəyə icazə verilən “fövqəladə” şərtləri də müəyyən edir.

Bu çərçivədə odlu silah olmadan vəhşi heyvanları tez tutmağın çətin olması və güllələrin insanlara dəymə riskinin olmaması fövqəladə vəziyyət şərtləri kimi müəyyən edilib.

Qanunda qeyd olunur ki, odlu silahdan istifadə edildiyi hallarda bələdiyyə orqanları yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoya və ya təxliyə əmri verə bilər və hökumət güllələrdən binalara dəymiş ziyana görə kompensasiya ödəməli olacaqlar.

Rəsmiləri 2023-cü ilin martından sonrakı bir il ərzində ayı hücumları nəticəsində 6 nəfərin həyatını itirdiyini və təxminən 200 nəfərin yaralandığını bildirir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər