- 10:00
Yaponiyada hazırlanmış yeni texnologiya sayəsində karbon qazı (CO₂) cəmi 15 dəqiqə ərzində sintetik yanacaq komponentinə çevrilə bilər.
E-huquq.az xarici mətbuata istinadən xəbər berir ki, Tohoku Universiteti, Hokkaydo Universiteti və "AZUL Energy" alimləri CO₂-ni dəm qazına (CO) çevirən innovativ üsul hazırlayıblar.
Bu üsul aşağı qiymətli katalizatorla yüksək səmərəliliyi təmin edir, sənaye standartlarını aşaraq karbon neytral gələcəyə doğru mühüm addım hesab olunur.
Yeni texnika bu günə qədər istifadə edilən bütün oxşar sistemləri üstələyir, çevrilmə müddətini 24 saatdan cəmi 15 dəqiqəyə endirir.
Tohoku Universitetinin tədqiqatçısı Liu Tengyi, "CO₂-nin CO-yə çevrilməsi iqlim dəyişikliyi ilə mübarizədə kritik məsələdir, lakin ənənəvi üsullar bahalıdır, qeyri-sabit və sənaye istifadəsi üçün yararsızdır. Biz bu problemlərin həlli yollarını təqdim etmək istədik", - deyə bildirib.
Şəbnəm Mehdizadə