Türkiyədə 29 miqrant qaçaqmalçısı tutulub


  • 18 Aprel 14:42

Türkiyədə miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı yoxlamalar aparılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb.

Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı 9-u xarici ölkə vətəndaşı olmaqla 29 miqrant qaçaqmalçılığı təşkilatçısı və 723 qeyri-qanuni miqrant tutulub.

Humay Eminqızı

Oxşar xəbərlər