- 10:00
Türkiyənin İzmir şəhərinin Dikili rayonu sahillərində 29 qanunsuz miqrant tutulub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığının internet saytında məlumat verilib.
Açıqlamaya görə, Dikili rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni mühacirin olması barədə xəbər alındıqdan sonra bölgəyə qruplar göndərilib.
Komandalar tərəfindən dayandırılaraq sahilə çıxarılan rezin qayıqda 10-u uşaq olmaqla 29 qeyri-qanuni miqrant yaxalanıb.
Prosedurların ardınca qanunsuz miqrantlar miqrasiya idarəsinə göndərilib.
Şəbnəm Mehdizadə