- 10:00
Beliz təyyarə qaçırmağa cəhd edən ABŞ vətəndaşı zərərsizləşdirilib.
E-huuq.az "CBS News"a istinadən xəbər verir ki, Beliz polis rəisi Çester Uilyams hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
O bildirib ki, ABŞ vətəndaşı Akinyela Taylor bıçaqla hücum edərək "Tropic Air" təyyarəsini qaçırmağa cəhd edib.
Uilyams, Taylorun təyyarə havada olarkən bıçaq çəkdiyini və daxili reysin ölkə xaricinə yönəldilməsini tələb etdiyini, təyyarədə 14 sərnişin və 2 ekipaj üzvü olduğunu qeyd edib.
Polis rəisi, üç sərnişini bıçaqlayan Taylorun daha sonra bir sərnişin tərəfindən vurulduğunu və zərərsizləşdirildiyini söyləyib.
Beliz hava limanının rəsmiləri təyyarənin təsadüfi istiqamətlərdə uçduqdan sonra təhlükəsiz yerə endiyini və yaralıların xəstəxanaya aparıldığını bildirib.
Şəbnəm Mehdizadə