- 10:00
İtaliyanın cənubundakı Neapol şəhərinin Kastellammare di Stabia qəsəbəsində kanatın aşması nəticəsində 4 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, kabinlərdə qapalı vəziyyətdə qalan şəxslərin xilas edilməsi üçün tədbir görülüb.
Dağın yuxarısında olan kabin ilə əlaqənin kəsildiyi barədə məlumat daxil olub.
Bildirilib ki, Faito dağının zirvəsi yaxınlığında yerləşən kabin qəzaya uğrayıb və axtarış-xilasetmə qrupları çətin hava və relyef şəraitində kabinədəkilərə köməyə çatmaq üçün işlərə başlayıb.
İtaliyanın ANSA agentliyi xilasetmə qruplarına istinadən xəbər verir ki, hadisə zamanı kanatda 5 nəfər olub, onlardan 4-ü ölüb, bir nəfər isə ağır yaralanıb.
Yaralının təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparıldığı bildirilib.
Xəbərə görə, kanat vaqonunun dartma kabelinin qopması qəzaya səbəb olub.
Qəzada ölənlərin turistlər olduğu ehtimal edilir.
Baş nazirin müavini və nəqliyyat və infrastruktur naziri Matteo Salvini hadisədən kədərləndiyini bildirib. O, qəzanın təfərrüatları lə bağlı təcili hesabat istədiklərini deyib.
Qəzaya görə məsuliyyət daşıyanların qısa müddətdə müəyyən edilməsinin vacibliyini bildirib.
Şəbnəm Mehdizadə