- 10:00
Mərkəzi İzmir şəhəri olmaqla Türkiyənin Ankara, İstanbul, Kocaeli və Antalya şəhərlərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu FETÖ-nün gizli hərbi strukturunda fəaliyyət göstərdikləri müəyyən edilən, ifadələrdə adları hallanan, taksofonlardan və əvvəlcədən ödənişli sabit telefonlardan zəng edildiyi təsbit edilən 10 şübhəli haqqında həbs qərarı çıxarıb.
Keçirilən əməliyyatda 10 şübhəli tutulub.
Şübhəlilərlə bağlı prosedurlar davam etdirilir.
Şəbnəm Mehdizadə