İran-ABŞ danışıqlarının növbəti raundunun tarixi və yeri açıqlandı


  • 17 Aprel 21:54

İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında yaranmış fikir ayrılıqlarının həllinə həsr olunmuş ikinci danışıqlar raundu 19 aprel tarixində Romada baş tutacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu şənbə günü Romada İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları nümayəndələri arasında danışıqların ikinci raundu keçiriləcək. Danışıqların məqsədi ədalətli və davamlı sazişə doğru irəliləyiş əldə etməkdir”, – deyə nazirliyin bəyanatında qeyd olunub.

Oxşar xəbərlər