- 18 Aprel 22:27
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 40 nəfər ölüb, 73 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1 691 fələstinli həyatını itirib, 4 464 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 51 065-ə, yaralıların sayı isə 116 505- ə çatıb.
Humay Eminqızı