- 18 Aprel 22:27
Türkiyənin Diyarbəkir şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Sur rayonunda avtomobil ilə avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qəza yerinə təcili tibbi yardım, xilasetmə, polis qrupları cəlb edilib.
Yaralılar xəstəxanaya aparılıb.
Humay Eminqızı