- 18 Aprel 22:27
ABŞ-də təyyarənin mühərrikinə dovşan girib.
E-huquq.az xəbər verir ki, “United Airlines”a məxsus Boeing 737 sərnişin təyyarəsinin mühərriki Denverdən Edmontona uçarkən alovlandığı üçün təyyarə təcili eniş edib.
Təyyarənin sağ qanadındakı mühərriklərdən biri havaya qalxdıqdan az sonra yanıb. Mühərrikdən alov çıxdığını görən sərnişinlər təşvişə düşüb və qışqırmağa başlayıblar.
Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra Denverə təcili eniş edib. Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb.
Pilot dovşanın iki nömrəli mühərrikə girdiyini bildirib. Dovşanın uçuş zamanı mühərrikə girdiyi güman edilir.
Şəbnəm Mehdizadə