- 18 Aprel 22:27
Rusiya Starlink peykləri üçün təhlükə yarada biləcək effektiv silah arsenalını inkişaf etdirir.
E-huquq.az xəbər verir ki, bu barədə analitik Kevin Holden Platt “Forbes” üçün məqaləsində yazıb.
Məlumata görə, Moskva artıq aşağı Yer orbitində sovet kosmik gəmisini partlatmaq üçün istifadə edilmiş və aşağı Yer orbitində olan bütün Amerika kosmik gəmiləri üçün potensial təhlükə yaradan, nəzəri olaraq SpaceX-in 7000 peykindən hər hansı birii ilə toqquşa bilən raketini sınaqdan keçirir.
Rusiya Müdafiə Nazirliyi “Nudol” raketini nüvə başlıqları ilə təchiz etməyi nəzərdən keçirə bilər.
Məqalədə qeyd edilib ki, orbitdə güclü nüvə bombasının partlaması minlərlə peyki məhv etməklə yanaşı, yaxınlıqdakı bütün astronavtların tez bir zamanda ölümünə səbəb ola bilər.
Espertlərin fikrincə, partlayış təxminən bir saat ərzində astronavtlarda radiasiya xəstəliyinə səbəb olacaq və 90% ehtimalla 2-3 saat ərzində ölümlə nəticələnəcək.
Humay Eminqızı