- 18 Aprel 22:27
2030-cu ilə qədər bütün kakao ağacları məhv ola bilər.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük kakao istehsalçısı olan Fil Dişi Sahili ölkəsindəki kakao istehsalçıları iqlim dəyişikliyi, aşağı qiymətlər və ədalətsiz ticarət şərtlərinin məhhsuldarlığın ciddi şəkildə azalmasına səbəb olduğunu bildirib.
Bafing-Tonkpi bölgəsində fəaliyyət göstərən fermerlər qlobal bazarlara, xüsusən də Avropa ölkələrinə, o cümlədən Böyük Britaniyaya kakao tədarük edirlər. Onlar bildirir ki, uzun illər aşağı qiymət siyasəti və qeyri-adekvat investisiyalar istehsalçıları böyük böhran həddinə çatdırıb.
Biabate Posseni adlı fermer istehsal etdiyi kakaonun miqdarının son illərdə 30 faiz azaldığını bildirib. Qeyri-müntəzəm yağış və günəş səbəbindən məhsullar zədələnib. Onun sözlərinə görə, belə davam edərsə, 2030-cu ilə qədər kakao ağacları məhv ola bilər.
Şəbnəm Mehdizadə