- 18 Aprel 22:27
Kanadanın Tumbler Ridge qəsəbəsində tapılan üç barmaqlı fosil ayaq izləri aşkarlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 100 milyon il əvvələ aid olan bu izlər quyruqlarının ucunda sümüklü düyün olan və bitkiləri yeyən zirehli dinozavrlar ailəsi olan ankilosaridlərə aiddir. Yeni ayaq izlərinin əksəriyyəti Tumbler Ridge UNESCO Qlobal Geoparkında yerləşir, biri isə Albertanın qərbindədir. İzlər Təbaşir dövrünə aid Dunveqan və Kaskapau formasiyalarının qeyri-dəniz çöküntülərində qorunub saxlanılır.
Araşdırmada iştirak edən paleontoloq Viktoriya Arbour izlərin Ruopodosaurus clava adlandırdıqları yeni növə aid olduğunu bildirib. Rəqəmsal fotoqrammetriya üsulu ilə araşdırılan izlərdə arxa ayaq (pes) izlərinin küt uclara malik olduğu və üçbucaqlı və ya U şəkilli, ön ayaq (manus) izlərinin isə beş barmaqlı və aypara şəkilli olduğu müəyyən edilib.
O, bildirib ki, bu dinozavrın təxminən 5-6 metr uzunluğunda, tikanlı və zirehli, sərt və ya düyünlü quyruğu olduğu ehtimal edilir. Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf həm də Şimali Amerikada 100-84 milyon il əvvələ aid ankilosarid qalıqlarının olmaması ilə əlaqədar yaranan boşluğu doldurur. Əvvəllər bu növün o dövrdə qitədə yoxa çıxdığı düşünülürdü. Lakin bu izlər ankilozavrların da bölgədə yaşadığını sübut edir.
Qeyd edək ki, gənc tədqiqatçılar Mark Turner və Daniel Helmin 2000-ci ildə sözügedən ərazidə ilk dinozavr ayaq izlərini aşkar edib.
Şəbnəm Mehdizadə