Ankarada 525 narkotik taciri saxlanılıb


  • 17 Aprel 10:48

Türkiyənin paytaxtı Ankarada 525 narkotik taciri saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir narkotik satıcılarına qarşı keçirilən “Narkokapan-Ankara” əməliyyatında 525 narkotik satıcısının saxlanıldığını açıqlayıb.

"6 aydır hazırlaşdığımız əməliyyatda hədəfimiz xüsusilə gənclərə internet platformaları vasitəsilə, həmçinin məhəllələrdə və arxa küçələrdə narkotik satan şəxslər idi. Paytaxt Ankarada bu Türkiyə tarixinin ən böyük narkotik əməliyyatını həyata keçirdik. 4768 polis, 1461 qrup, 40 xüsusi təlim keçmiş detektor iti, 4 İHA ilə 626 müxtəlif ünvanda eyni vaxtda reydlər keçirdik”, - deyə nazir bildirib.

Yerlikaya əməliyyatda iştirak edən şəxsi heyəti təbrik edərək, narkotik tacirlərinə qarşı qətiyyətli mübarizənin davam etdiriləcəyini diqqətə çatdırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər